MEDİA "Diffamasiya haqqında" qanunun hazırlanması ilə bağlı araşdırmalar aparır 

17:20 13.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Medianın İnkişafı Agentliyi (MEDİA) "Diffamasiya haqqında" qanunun hazırlanması ilə bağlı araşdırmalar aparır.

Hafta.az-ın məlumatına görə, bunu MEDİA-nın rəhbəri Əhməd İsmayılov Baş Prokurorluq və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Media və Hüquqi Maarifləndirmə” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, jurnalistlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı araşdırmalar davam etdirilir: "Lazım gələrsə, bununla bağlı Baş Prokurorluqla birgə məsləhətləşmələr aparılacaq. Daha sonra diffamasiya barədə müzakirə aparılacaq".

 

Ə.İsmayılov qeyd edib ki, jurnalistlər də digərləri kimi cinayət törədirsə, məsuliyyətə cəlb olunmalıdır.